Ana səhifə Xəbərlər

Elan

LEGIS Akademik Məqalə Müsabiqəsi

Hüquq ixtisası üzrə təhsil alan tələbələri, hüquq sahəsində peşə fəaliyyətinə yeni başlayan və ya bu sahədə 5 ildən çox olmayan peşə təcrübəsinə malik hüquqşünasları “LEGIS” Akademik Məqalə Müsabiqəsində iştirak etməyə dəvət edirik!

Müsabiqəyə təqdim edilən məqalələr aşağıdakı mövzulardan biri üzrə hazırlanmalıdır:
1. Korporativ münasibətlərdə səhmdarların hüquqlarının müdafiəsi: hüquqi mexanizmlər, tətbiq problemləri və inkişaf perspektivləri;
2. Texnoloji inkişaf fonunda insan hüquqları: məlumatların məxfiliyi və kiber-məsuliyyət;
3. Beynəlxalq investisiyaların hüquqi müdafiəsində arbitrajın rolu və müasir inkişaf tendensiyaları;
4. Dövlət-özəl tərəfdaşlığının hüquqi tənzimlənməsi: tərəflərin maraqlarının uzlaşdırılması və risklərin bölüşdürülməsi;
5. Maliyyə xidmətlərinin rəqəmsallaşması və istehlakçıların hüquqlarının müdafiəsi: hüquqi tənzimləmənin müasir çağırışları və inkişaf perspektivləri.

İkimərhələli qiymətləndirmə prosesindən keçərək ən yüksək nəticəni əldə etmiş məqalə “LEGIS” jurnalında dərc olunmaq imkanı qazanacaqdır. Eyni zamanda, ilk üç yeri tutmuş iştirakçılar aşağıdakı pul mükafatlarına layiq görüləcəklər:
I yer – 3000 AZN;
II yer – 2000 AZN;
III yer – 1000 AZN.

Müsabiqədə iştirak etmək üçün müraciət formasını dolduraraq məqalənizi yükləməyiniz və müsabiqə şərtləri ilə razılaşmağınız kifayətdir. Hər bir iştirakçı müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər.

Son müraciət tarixi: 15.12.2026 (Bakı vaxtı ilə 23:59).

LEGIS Akademik Məqalə Müsabiqəsi