PAŞA Holding təşkilatçılığı ilə Azərbaycanda ilk regional hüquq forumu
PAŞA Holding və onun törəmə şirkətləri — Kapital Bank, PAŞA Bank, PAŞA Sığorta, PAŞA Həyat Sığorta, PashaPay və Competo — "LEGIS” Hüquq Forumunu təşkil edir!
Forum Azərbaycanda bu silsilədən ilk tədbir olacaq və dövlət rəsmiləri, özəl sektor nümayəndələri, həmçinin 500-ə yaxın hüquq peşəkarını bir araya gətirəcək.
Tədbirin məqsədi hüquq mütəxəssisləri üçün bilik mübadiləsi aparmaq, əsas qanunvericilik islahatlarını müzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaqdır.